Ermənilərə aman verməyən Azərbaycan oğulları - İKİ VİDEO

10 Mart 2022 11:20 Güləş 850
Ermənilərə aman verməyən Azərbaycan oğulları - İKİ VİDEO

Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında Azərbaycan idmançıları prinsipial görüşlərdə qalib gəlib.

Sportinfo.az xəbər verir ki, 60 kq çəki dərəcəsində yunan-Roma güləşçimiz Nihat Məmmədli finala vəsiqə uğrunda Ermənistan təmsilçisi Tiqran Minasyanı sınağa çəkib.

Görüşün əvvəlindən sonunadək üstünlüyə sahib olan Nihat rəqibinə heç bir şans tanımayıb - 9:0.

Nəticədə güləş qaydalarına əsasən, hesab böyük olduğundan, qarşılaşma bitməsinə 1 dəqiqə 3 saniyə qalmış başa çatdırılıb. O, bu gün finalda İrakli Cimistarişviliylə (Gürcüstan) qarşılaşacaq.

Laçın Vəliyev (87 kq) isə bürünc medal uğrunda görüşdə Qevorq Tadevosyanla üz-üzə gəlib.

İdmançımız 1:5 hesabı ilə geridə olsa da, əzmkarlıq nümayiş etdirərək 5 xal qazanıb və qarşılaşmanın nəticəsini öz xeyrinə dəyişib – 6:5. Beləliklə, idmançımız Avropa çempionatının bürünc medalını əldə edib.

Avropa çempionatında mübarizəyə qatılan 6 idmançımızdan 5-i medal qazanıb. Yalnız Adəm Hacızadə (72 kq) medal qazana bilməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti