Üç azərbaycanlı Avropa çempionatının yarımfinalında

7 Mart 2022 15:40 Güləş 831
Üç azərbaycanlı Avropa çempionatının yarımfinalında

Azərbaycanın 3 yunan-Roma güləşçisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclərin Avropa çempionatında yarımfinala yüksəlib.

Sportinfo.az xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən Ziya Babaşov 1/4 final mərhələsində israilli Abere Feteneyə qalib gəlib.

77 kq-dakı Xasay Həsənli bolqar Martin Dimitrovu, ardınca macar Kriştofer Klanyini məğlubiyyətə uğradıb.

Laçın Vəliyev (87 kq) təsnifat mərhələsində Danimarka təmsilçisi Turpal-Ali Bisultanovla bacarmayıb. 130 kq-dakı Sərxan Məmmədov isə 1/4 finalda çexiyalı Marsel Albini ilə dueldən qalib ayrılıb.

Babaşov finala gedən yolda bolqar İlya Mustakovla, Həsənli serbiyalı Aleksa İliçlə, Məmmədov türkiyəli Fatih Bozkurtla görüşəcək.

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Avropa çempionatı martın 13-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar