Azərbaycanın titullu idmançısı karyerası ilə bağlı nə qərar verdi?

24 Fevral 2022 01:50 Güləş 1 474
Azərbaycanın titullu idmançısı karyerası ilə bağlı nə qərar verdi?

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev karyerası ilə bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan üçqat dünya və üçqat Avropa çempionu bununla bağlı "feysbuk" səhifəsində paylaşım edib.

Postda "Paris-2024" yazan titullu idmançı 2024-cü ildə Fransa paytaxtında keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcəyinə işarə vurub.

Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar