Azərbaycan güləşçiləri Avropa çempionatının ilk günündə bir dəst medal qazandı

28 İyun 2017 00:40 Güləş 646
Azərbaycan güləşçiləri Avropa çempionatının ilk günündə bir dəst medal qazandı

Almaniyanın Dortmund şəhərində start götürən gənclər arasında Avropa çempionatının ilk yarış günündə Azərbaycan sərbəst güləşçiləri 3 medal qazanıblar. Sportinfo.az-ın məlumatına görə, medallardan biri qızıl, biri gümüş, biri isə bürünc əyarlı olub.

Fəxri kürsünün ən yüksək pilləsinə 60 kq çəki dərəcəsində yarışan Əli Rəhimzadə qalxıb. O, Ermənistan, Rusiya və Moldovadan olan rəqiblərini üstələdikdən sonra həlledici görüşdə ukraynalı Andrey Yatsenko ilə qarşılaşıb. Rəhimzadə 8:7 hesabı ilə qalib gələrək, Avropa çempionu olub.

50 kq çəkidə mübarizə aparan Şahin Muxtarov ardıcıl olaraq Fransa və Almaniyadan olan rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə o, rusiyalı Muxammadxon Muxammadxona 1:6 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.

Nəhayət, 96 kq-da yer alan Məhəmmədrəsul Qazıməhəmmədov ilk görüşündə macarıstanlı rəqibinə qalib gəlsə də, 1/4 finalda gürcüstanlı pəhləvana uduzub. Rəqibinin finaladək irəliləməsi səbəbindən Qazıməhəmmədov təsəlliverici görüşlərə qatılıb. O, ardıcıl olaraq, yunanıstanlı və türkiyəli rəqiblərini üstələyərək, bürünc medalçı olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti