Azərbaycan komandası Qızıl Qran Pridə 4 medal qazandı

13 İyun 2017 12:48 Güləş 595
Azərbaycan komandası Qızıl Qran Pridə 4 medal qazandı

Azərbaycan sərbəst güləşçiləri Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartozia adına Qızıl Qran Pri turnirində 4 medal qazanıblar. Sportinfo.az xəbər verir ki, medallardan 2-si qızıl, 1-i gümüş, 1-i bürünc əyarlı olub.

Qalib Əliyev (61 kq) və Aleksandr Qostiyev (86 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 57 kq çəkidə mübarizə aparan Mircəlal Həsənzadə gümüş medalla kifayətlənib. Hər üç güləşçi finalda yerli pəhləvanlarla qarşılaşıb.

Bürünc medalı isə 70 kq çəkidə yarışan Coşqun Əzimov əldə edib. Həlledici görüşdə o, komanda yoldaşı Teymur Məmmədovdan üstün olub. Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti