Yeniyetmələrin son Avropa çempionatında 1 qızıl və 4 bürünc

23 May 2017 10:36 Güləş 642
Yeniyetmələrin son Avropa çempionatında 1 qızıl və 4 bürünc

Serbiyanın paytaxtı Belqradda yeniyetmələr arasında Avropa çempionatı keçirilib. Sportinfo.az xəbər verir ki, çempionatda iştirak edən sərbəst güləşçilərimiz 1 qızıl və 4 bürünc medal qazanıblar. Bütün rəqiblərindən üstün olan Riyad Aslanov (42 kq) çempionatın qızıl medalını qazanıb.

Bürünc medalları isə yığmamızın aktivinə Məmməd Əhmədov (53 kq), Rəşad Əzizov (66 kq), Valeh Həmidov və Fərid Cabbarov (hər ikisi 73 kq) yazdırıblar. Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev təmsil edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti