”Hesabda geri olmağım taktika idi, uduzmaq istəmirdim”

23 May 2024 08:30 Güləş 2 136
”Hesabda geri olmağım taktika idi, uduzmaq istəmirdim”

"Azərbaycanda öz bayrağımızı yüksəltmək başqa hissdir".

Sportinfo.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Ziya Babaşov (63 kq) deyib.

İdmançımız yarışın yüksək səviyyədə keçdiyini bildirib:

"Qalib olmaq istəyirdim. Azərbaycanda öz bayrağımızı yüksəltmək başqa hissdir.

Qələbəni ailəmə həsr edirəm. Hesabda geri idim.

Amma bu taktika idi. Allaha çox şükür, istədiyim kimi oldu.

Finalda həyacanlı idim. Bu üzdən yorğun görünə bilərdim.

Parterdə xal qazanacağıma əmindim. Həlledici görüşdə yenilmək istəmirdim”.

ZS.Babaşov finalda Vitali Yeriomenkonu (Moldova) üstələyərək fəxri kürüsünün ən yüksək pilləsinə qalxıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il
10 Sentyabr 02:40 Moldovadan 3 qol “yedik”