Azərbaycanda komanda meydana çıxmaq istəmədi

25 Fevral 2020 09:00 Futzal 846
Azərbaycanda komanda meydana çıxmaq istəmədi

Futzal üzrə Yüksək Liqada XVI turunun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, ilk oyunda “Baku Fire” “Record club”la üz-üzə gəlib. Oyun nominal qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb.

Turun mərkəzi oyunu lider “Araz”la “Neftçi” arasında baş tutub. “Araz” bu oyundan da qalib ayrılıb.

“Bakı” TFK – EKOL görüşü daha gərgin keçib. Bu oyunda isə EKOL qələbəni bayram edən tərəf olub. Son oyunda da “Xızı Futzal”la qarşılaşan “Marafon” böyükhesablı qələbə qazanaraq xal ehtiyatını artırdı.

Turun turun “Yasamal İSK” – “Premier” (Quba) görüşü ikincilərin təyin olunan vaxtda meydana çıxmaması üzündən keçirilməyib.

Baku Fire – Record club – 11:1

Qollar: Asif Zeynalov, 03:32, 04:51, Amil Əlimirzəyev, 06:39, Rəvan Abdullayev, 12:53, 21:34, 37:39, Elşən Zərbəliyev, 14:06, Renat Sultanov, 22:19, Hüseyn Qarayev, 31:41, 32:55, Rauf Rüstəmov, 39:37 // Mətin Qəhrəmani, 15:05

Araz – Neftçi İK – 7:2
Qollar
: Eshag Soorgali, 03:24, Mehrdad Qənbərzadə, 17:38, 35:17, Hadi Əhmədi, 24:13, Rizvan Fərzəliyev, 33:26, Xətai Bağırov, 34:05, Tural İsmayılov, 37:14 (ö/q) // Vahib Xocayev, 20:24, Kənan Manafov, 31:17

Bakı TFK – EKOL – 6:7
Qollar
: Məhəmməd Bədəlbəyli, 03:00, Fərid Səmədzadə, 08:12, Vüsal Buludov, 08:44, 30:47, Tofiq Əliyev, 21:57, 33:35 // Faiq Əliyev, 14:56, Namiq Məmmədkərimov, 17:04, 29:28, 39:43, Samir Həmzəyev, 18:32, 18:56, Fərid Atakişiyev, 38:35

Xızı Futzal – Marafon FK – 1:10
Qollar
: Qərib İbrahimov, 11:15 // Məcid Xazaei, 01:17, 04:29, 39:22, Mohsen Məhəmmədzadə, 03:16, İlkin Hacıyev, 04:45, Tofiq Mikayılov, 13:29, Sərxan Məstiyev, 14:57, 15:12, 33:33 Seymur Məmmədov, 21:27.

Xəbər Lenti