"Karyeramı harada davam etdirəcəyimi həyat göstərəcək"

25 Aprel 08:30 Voleybol 1 092
"Karyeramı harada davam etdirəcəyimi həyat göstərəcək"

"Final görüşünün əhəmiyyətini və önəmini başa düşürdük".

Sportinfo.az xəbər verir ki, bunu "Azərreyl"in voleybolçusu Qonsales San Martin Pedro Azərbaycan çempionatının finalında "Az Murov Terminal"a 3:2 hesabı ilə qalib gəldikləri matçla bağlı danışarkən deyib.

Kubalı oyunçu qarşılaşmanın çox həyəcanlı keçdiyini söyləyib:

"2-3-cü setdə bizim üçün çətin məqamlar oldu. Amma mövsüm ərzində hər zaman sonadək oynamışıq.

Yenə sonadək mübarizə apardıq və matçı yüksək notlarla tamamladıq".

Pedro karyerası ilə bağlı hələlik qərar vermədiyini vurğulayıb:

"Karyeramı harada davam etdirəcəyimi həyat göstərəcək. Hər zaman çalışmışam ki, çıxış etdiyim çempionatda ən yaxşı oyunumu göstərim".

Xəbər Lenti