Sabah futzal üzrə Yüksək Liqada 26-cı turun oyunları keçiriləcək.
Sportinfo.az Azərbaycan Futzal Federasiyasının “facebook” səhifəsinə istinadən xəbər verir ki, tur öncəsi iki oyunçu cəzalı durumdadı.
Belə ki, “Araz”la qarşılaşacaq “Marafon Futsal” İrandan dəvət etdiyi Hamed Khodaeinin xidmətindən istifadə edə bilməyəcək.
“Yasamal”dan isə Vladislav Vorobyov dördüncü sarı vərəqəsini alıb. Ancaq onun komandası növbəti oyununu 27-ci turda keçirəcəyinə görə, Vorobyov “FK.İtaldizain Futsal”la dueli buraxacaq.
Vüsal Səfərov, Sadiq Cavid, Mohamməd Şahsavari, Mortoza Cahandost, Rəsul Akbari (hamısı “Yasamal”), Fərid Ələkbərov, Sərxan Məstiyev, Namiq Məmmədkərimov (hamısı EKOL), Nihad İsmayılov, Faiq Əliyev (hər ikisi “İtaldizain Futsal”), Əjdər Əjdərov, Rüfət Balakişiyev (hər ikisi “Neftçi” İK), Reza Toloui (“Yasamal” FK / “Araz”), Omid Talebi və Majid Morovatinin (hər ikisi “Marafon Futsal”) isə passivində 3 sarı vərəqə var. Onlar daha bir vərəqə alacaqları təqdirdə cəzalı duruma düşəcəklər.

