UEFA Kubokunun yeni qalibi

23 Aprel 2018 19:12 Futzal 742
UEFA Kubokunun yeni qalibi

Futzal üzrə UEFA Kubokunun qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, final matçında Portuqaliya "Sportinq”ini 5:2 hesabı ilə məğlub edən İspaniya çempionu "İnter” beşinci dəfə titula sahib çıxıb.

“Sportinq” isə üçüncü dəfədi ki, finalı məğlubiyyətlə başa vurur. Bürünc medalı isə "Barselona” qazanıb.

Saraqosa şəhərində keçirilən matçda "Barselona” Macarıstan "Qyor”unu böyük hesabla məğlub edib 7:1.

UEFA İcraiyyə Komitəsinin qərarı ilə bu yarış növbəti mövsümdə UEFA Çempionlar Liqası adlandırılacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti