Azərbaycanda FİFA referilərini döyən 2 il "yatacaq" - Tribunada

17 Aprel 2018 17:12 Futzal 844
Azərbaycanda FİFA referilərini döyən 2 il "yatacaq" - Tribunada

AFFA İntizam Komitəsi Azərbaycan I Liqasında çıxış edən "Yasamal 2"nin futzalçısı Rəhman Ələkbərlini 2 il müddətinə yarışlardan kənarlaşdırıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb oyunçunun "Qarabağ"la görüşün 27-ci dəqiqəsində hakimə fiziki təzyiq göstərməsidi.

Ələkbərli həmçinin referinin qərarına kəskin etiraz edərək onu təhqir edib. Futzal üzrə FİFA referiləri - Hikmət Qafarlı və Elçin Səmədlinin idarə etdiyi qarşılaşma "Qarabağ"ın 6:2 hesablı qələbəsi ilə başa çatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti