2015-ci ildə fəaliyyətini dayaendıran «Khazar İslands»ın baş məşqçisi Elnur Qəmbərov birdəfəlik Kanadaya köçüb.
Gənc mütəxəssis ailəsi ilə birgə Torontoda məskunlaşıb.
O, şəhərin 2 futzal klubundan biri olan «Toronto»nun akademiyasında 12, 14 və 18 yaşlılarla çalışır.
Qəmbərov Sportinfo.az-a açıqlamasında işlərinin yaxşı getdiyini, bununla belə, vətən üçün darıxdığını bildirib:
«Vəziyyət normaldı, şükür Allaha! Dolanışıq yaxşıdı. Ailəm yanımdadı, iş də çoxdu. Sadəcə, başqa ölkədəyəm, himnini oxuyanda adama təsir edir.
Darıxıram, özü də çox! Bakıya qayıtmaq istəyirəm. Amma reallığı bilib, dilimi dişləyirəm. Bilirəm ki, bura məsləhətdi».

