"Araz" millini 9 qolla üzdü

6 Aprel 2018 08:12 Futzal 722
"Araz" millini 9 qolla üzdü

Bakıda keçiriləcək Türk Universiadasına hazırlaşan futzal üzrə Azərbaycan yığma komandası növbəti yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, Yüksək Liqanın çempionu "Araz"la qarşılaşan yığmamız 4:9 hesabı ilə məğlub olub.

Millinin qollarını het-trikə imza atan Ramiz Çovdarov və Kənan Manafov vurub.

Yığmamız yarış çərçivəsində aprelin 7-də, saat 14:00-da Türkiyə millisi ilə qarşılaşacaq. Oyun Azərbaycan Texniki Universitetin idman zalında keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti