Azərbaycan milli komandasının futzalçısı Fineo Araujonun yeni klubu müəyyənləşib.
Federasiyanın mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, Braziliya əsilli oyunçu Çin Super Liqasında çıxış edən “Zhuhai” ilə anlaşıb.
Anlaşmanın müddəti mövsümün sonuna qədərdi. Fineo bunadək karyerasını Yaponiyanın “Agleymina Hamamatsu” klubunda davam etdirib. O, ötən ilin dekabrında bu komandadan ayrılıb və son 3 ayda klubsuz olub.

