Martın 12-də futzal üzrə Yüksək Liqada 20-ci turun oyunları keçiriləcək.
Sportinfo.az xəbər verir ki, sarı vərəqə limitini doldurduğuna görə, “Yasamal”dan Mohsin Hayatbini “FK.İD.Futsal”la matçı buraxacaq.
Namiq Məmmədkərimov da komandasına kömək edə bilməyəcək. Təcrübəli hücumçu 17-ci turda aldığı qırmızı vərəqəyə görə təyin edilən 2 oyunluq cəzadan birini arxada qoyub.
“Xəmsə” ilə qarşılaşmanı buraxacaq Məmmədkərimov 21-ci turda meydana çıxa biləcək.
Sarı vərəqələr
Mohsin Hayatbini (“Yasamal”) – 4
Vüsal Səfərov (“Yasamal”) – 3
Fərid Ələkbərov (EKOL) – 3
Sərxan Məstiyev (EKOL) – 3
Nihad İsmayılov (“FK.İD.Futsal”) – 3
Rəcəb Fərəczadə (“FK.İD.Futsal”) – 3
Əjdər Əjdərov (“Neftçi” İK) – 3
Rüfət Balakişiyev (“Neftçi” İK) – 3
Reza Toloui (“Yasamal” // “Araz”) – 3
Eduardo Borges (“Araz”) – 3
Ramiz Çovdarov (“Araz”) – 3
Rizvan Fərzəliyev (“Araz”) – 3
Hamed Khodaei (“Marafon Futsal”) – 3
Omid Talebi (“Marafon Futsal”) – 3
Anar Ağayev (“FK.İD.Futsal”) – 3

