Üç nəfərlə anlaşdılar

17 Yanvar 2025 08:40 Futzal 1 214
Üç nəfərlə anlaşdılar

Qış fasiləsi zamanı baş məşqçi postunda Yevgeni Kukseviçi gətirən “Araz-Naxçıvan” çalışdırıcının istəyi əsasında heyətini gücləndirmək istiqamətində işlər görür.

Sportinfo.az xəbər verir ki, ölkə çempionu bu günlərdə 3 futzalçı ilə anlaşıb.

Vaxtilə millimizin də formasını geyinmiş Amir Şojaei yenidən “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq. Roman Adamov isə Rusiya çempionatından ölkəmizə gəlib.

34 yaşlı hücumçu “Volqa” klubunda çıxış edib. Mateus Henrique də hücumçudur.

Braziliyanın “Marreco” klubundan dəvət olunan futzalçının 26 yaşı var. Hər 3 oyunçu ilə “5ay+1 il” müddətinə anlaşma əldə olunub. Əvəzində Qüdrət Qasımzadə və İmaməli Hüseynov “Yasamal Bakı”ya icarəyə verilib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 18:10 Çək və bizə göndər!
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız