Azərbaycan millisinin daha bir sabiq üzvü Kanada yığmasında?

21 May 2022 22:40 Futzal 1 012
Azərbaycan millisinin daha bir sabiq üzvü Kanada yığmasında?

Futzal üzrə Azərbaycan millisinin sabiq üzvü Serjao Kanadanın yeniyetmə futzalçılardan ibarət millisinə məşqçi təyin oluna bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə oxu.az-a bu ilin əvvəlindən Kanadanın yeniyetmə futzal millisinin baş məşqçisi işləyən Elnur Qəmbərov məlumat verib:

“Əslində mən yaşadığım Toronto şəhərində futzal akademiyası açmaq istəyirəm. Onu da bura o məqsədlə gətirmişəm.

Ancaq federasiyaya da bildirmişəm ki, bu şəxs mənə millidə kömək ola bilər. Böyük ehtimalla, o mənim köməkçilərimdən biri olacaq”.

Əsl adı Serjio Luis Masiel Lukas olan 42 yaşlı Serjao 2008-2010-cu illərdə “Araz Naxçıvan” klubunda çıxış edib.

Həmçinin, o, Azərbaycan millisində 43 oyun keçirib və 12 qol vurub. Braziliyalı 2010-cu ildə Azərbaycan millisinin Avropa çempionatında dördüncü yeri tutmasında əsas pay sahiblərindən biri olub.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"