Naxçıvan klubu 16-cı dəfə Azərbaycan çempionu oldu!

7 May 2022 17:20 Futzal 644
Naxçıvan klubu 16-cı dəfə Azərbaycan çempionu oldu!

Futzal üzrə Azərbaycan Yüksək Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub.

Sportinfo.az xəbər verir ki, final oyununda “Araz-Naxçıvan” və EKOL komandaları üz-üzə gəlib.

Bakı İdman Sarayındakı qarşılaşma Naxçıvan təmsilçisinin 9:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, “Araz Naxçıvan” tarixində 16-cı dəfə ölkə çempionu adını qazanıb.

Bürünc medal uğrunda görüşdə isə “Neftçi” İK “Baku Fire” kollektivini 6:2 hesabı ilə üstələyib.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"