Azərbaycan millisi heç vaxt yenilmədiyi Belçika ilə...

10 Yanvar 2022 09:00 Futzal 1 493
Azərbaycan millisi heç vaxt yenilmədiyi Belçika ilə...

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə yanvarın 17-də yoxlama oyunu keçirəcək.

Sportinfo.az xəbər verir ki, komandamız Borqloon şəhərində Belçika yığması ilə üz-üzə gələcək.

Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Bu komandalar indiyə qədər 2 rəsmi oyunda üz-üzə gəliblər. Maraqlıdır ki, qrup oyunlarından biri Belçikada, digəri isə ölkəmizdə keçirilib.

İlk duel AÇ-99-un seçmə mərhələsi çərçivəsində baş tutub. 1998-ci ilin dekabrında Belçikada keçirilən matçda qalib müəyyənləşməyib – 4:4.

İkinci görüş isə 16 ildən sonra reallaşıb. Bu dəfə tərəflər Sərhədçi İdman kompleksində gücünü sınayıb.

2015-ci il martın 18-də keçirilmiş görüşdə komandamız 3:1 hesabı ilə qələbə qazanıb.

Xəbər Lenti