Legionerlər 2-3 gün ərzində Bakıda olacaqlar

7 Yanvar 2022 02:10 Futzal 414
Legionerlər 2-3 gün ərzində Bakıda olacaqlar

Futzal üzrə Azərbaycan millisi Niderlandda keçiriləcək Avropa çempionatının hazırlıqlarına başlayıb.

Sportinfo.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda Bakı İdman Sarayında məşqlərə start verib.

Yığma üzvləri əsasən fiziki hazırlıqlara üstünlük verir. Avropa çempionatı üçün təlim-məşq toplanışı növbəti həftə start götürəcək.

Fiziki hazırlıq məşqlərinə ölkə çempionatında çıxış edən futzalçılar qatılır. Legionerlər isə 2-3 gün ərzində Bakıda olacaqlar.

Bakıdakı hazırlıq prosesi yanvarın 16-dək davam edəcək. Həmin gün Belçikaya yola düşəcək milli yanvarin 17-də yerli yığma ilə yoldaşlıq görüşü keçirəcək.

Azərbaycan millisi Avropa çempionatının D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar - 6 fevralda gerçəkləşəcək yarış ilk dəfə 16 komandanın iştirakı ilə olacaq.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"