"Azərbaycan klubunu seçdiyimə görə peşman deyiləm"

4 Yanvar 2022 13:40 Futzal 1 215
"Azərbaycan klubunu seçdiyimə görə peşman deyiləm"

"Artıq buradayam və buna görə də peşman deyiləm".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Araz-Naxçıvan"ın braziliyalı yeni legioneri David Qustavoya məxsusdur.

26 yaşlı hücumçu "Araz-Naxçıvan"dan təklif alanadək Azərbaycan haqqında məlumatının olmadığını deyib:

"Ölkəniz mənim üçün maraqlıdır. Gözəl şəhəriniz var, mətbəxiniz zəngin və dadlıdır. İnsanlarınız aqressiv deyil.

Həm də burada braziliyalı futzalçıların olması da seçimimə təsir etdi. Çünki dil, ünsiyyət problemim yoxdur. İngilis dilini bilməyim də işimə yarıyır.

Karyerama Braziliyanın I liqasında başlamışam. 4 il orada oynadıqdan sonra Avropaya yollandım. Belçikanın “Hallo-Gooik” klubunda çıxış etdim.

Ardınca Fransanın “Monpele” komandasının formasını geyindim. Növbəti dayanacağım fərqli qitə oldu və Qətər klublarının birindən gələn təklifi dəyərləndirdim".

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!