"İkinci yer uğrunda onlarla mübarizə aparacağıq" - Azərbaycan millisinin üzvü

3 Yanvar 2022 20:20 Futzal 736
"İkinci yer uğrunda onlarla mübarizə aparacağıq" - Azərbaycan millisinin üzvü

"Düşünürəm ki, qrupda ikinci yeri tutmaq üçün Gürcüstan komandası ilə mübarizə aparacağıq".

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin üzvü Eduardo Borges Niderlandda keçiriləcək Avropa çempionatı ilə bağlı "Hln.be" saytına açıqlamasında deyib.

36 yaşlı oyunçu İspaniyanın futzalda lider ölkə olduğunu bildirib:

"Ötən müddət ərzində Azərbaycan yığması bir neçə dəfə beynəlxalq arenada yaxşı çıxış edib. Ümid edirəm ki, biz bu yolu davam etdirə biləcəyik".

Azərbaycan millisi D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar - 6 fevralda gerçəkləşəcək yarış ilk dəfə 16 komandanın iştirakı ilə keçiriləcək.

Xəbər Lenti