Azərbaycan millisinin oyunlarına kimsə buraxılmayacaq?

2 Yanvar 2022 14:20 Futzal 789
Azərbaycan millisinin oyunlarına kimsə buraxılmayacaq?

Niderlandda keçirilməsi planlaşdırılan futzal üzrə Avropa çempionatının oyunları azarkeşsiz baş tuta bilər.

Sportinfo.az "Vesti.kz" saytına istinadən xəbər verir ki, fanatların yarış zamanı tribunalara buraxılmama ehtimalı böyükdür.

Qərar ölkədə koronavirusun omikron ştamının yayılma riskinin yüksək olması və karantin rejiminin tətbiqi ilə əlaqədardır.

Qitə çempionatının təxirə salınması da istisna olunmur. Turnirlə bağlı yekun qərar yanvarın 10-dək bəlli olacaq.

Avropa çempionatına Azərbaycan millisi də qatılacaq.

Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar - 6 fevralda gerçəkləşəcək yarış ilk dəfə 16 komandanın iştirakı ilə keçiriləcək.

Xəbər Lenti