Azərbaycan 7-ci, Ermənistan 33-cü - UEFA-nın son reytinqində

31 Dekabr 2021 01:20 Futzal 395
Azərbaycan  7-ci, Ermənistan 33-cü - UEFA-nın son reytinqində

Futzal üzrə milli komandaların 2021-ci il üçün yekun reytinq cədvəli açıqlanıb.

Sportinfo.az xəbər verir ki, UEFA-nın açıqladığı Avropa komandalarının sıralamasında Azərbaycan yığması ili 7-ci pillədə başa vurub.

Joza Alesio da Silvanın yetirmələrinin hesabında 2015 xal var. Millimiz ötən illə müqayisədə bir pillə geriləyib.

Avropa yığmaları arasında reytinqə İspaniya (2493 xal) başçılıq edir. Rusiya ilə Portuqaliya bir il ərzində yerlərini dəyişib.

Şimal qonşularımız 2464 xalla ikinci, portuqaliyalılar isə 2450 xalla üçüncü sırada qərarlaşıb. Azərbaycandan reytinqdə üstdə olan digər 3 komanda Qazaxıstan, Xorvatiya və Serbiyadır. İtaliya, Çexiya və Ukrayna ilk “10-luğ”u tamamlayır.

Ermənistan 52 ölkənin yer aldığı reytinqdə 33-cüdür.

Xəbər Lenti