"Biz onlardan bir addım öndəyik" – Millimizin qapıçısı

26 Dekabr 2021 19:40 Futzal 614
"Biz onlardan bir addım öndəyik" – Millimizin qapıçısı

"İspaniya dəfələrlə Avropa, dünya çempionu olub. Bu komandanın gücü, heyəti hər kəsə məlumdur".

Sportinfo.az xəbər verir ki, bu fikirləri futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli deyib.

Avropa çempionatının final mərhələsinin qrup oyunlarında qarşılaşacaqları rəqiblərin məlum olduğunu xatırladan kiper şansları dəyərləndirib:

"Gürcüstan və Bosniya və Herseqovina haqqında da məlumat öyrənirik. Təcrübə baxımından biz onlardan bir addım öndəyik.

Çünki bu iki komanda AÇ-nin final mərhələsində debüt edəcək. Gürcüstan Fransa kimi final mərhələsində oynamağa iddialı bir komandanı qrupda saxlayaraq vəsiqə qazanmağı bacardı.

Bosniya və Herseqovina isə təcrübəli Serbiyanı üstələyib. Bu komanda ilə bir neçə il əvvəl Bakıda üz-üzə gəlmişdik və qələbə qazanmışdıq.

Bu ümumi dəyərləndirmə idi. Qarşıda 1 aydan artıq vaxt var və bu müddətdə - həm zədə baxımından, həm də dünyanı ağuşuna alan koronavirusla bağlı çöx şey dəyişə bilər. Hazırlıq müddətində diqqətli olmalıyıq".

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"