Azərbaycan yığmasının baş məşqçisi uduzan oyunçularına deyib ki…

26 Dekabr 2021 14:20 Futzal 1 311
Azərbaycan yığmasının baş məşqçisi uduzan oyunçularına deyib ki…

"Problemlərin olacağını bilirdim, çünki uzun müddət idi oynamırdıq, buna görə də səhvlərdən qaça bilməyəcəyimizi düşünürdüm".

Sportinfo.az xəbər verir ki, bu sözlər futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Joze Alesio Da Silvaya aiddir.

Braziliyalı mütəxəssis Ukrayna llə keçirilən son yoldaşlıq görüşündəki ubursuz nəticələrin gözlənilməz olduğunu diqqətə çatdırıb:

"Oyundan sonra uşaqlara bundan nəticə çıxarmalı olduğumuzu dedim. Məğlub olsaq da, hər iki görüş xeyrimizə oldu. Səhvlərimizi gördük, final mərhələsinə qədər bunu aradan qaldırmalıyıq.

Futzal elə oyundur ki, taktiki tapşırıqları mənimsəmək üçün gərək mütəmadi oynayasan. Uşaqlara dedim ki, bu oyunu unudun.

Qarşıdakı hər dəqiqə bizim üçün qızıl dəyərindədir. Yerli oyunçular yanvarın 5-də hazırlığa başlayacaq. Legionerlərimiz isə yanvarın 7-8-də gələcəklər.

Çünki klublarında oyunlar var, ondan sonra bizə qoşulacaqlar. Niderlandakı Avropa çempionatına yollanmazdan əvvəl də bir yoldaşlıq oyunu keçirəcəyik.

Belçika ilə matçda nə qədər hazır olduğumuzu görəcəyik".

Xəbər Lenti