Millimizin hücumçusu: "Çox səhv etdik, indi bir şeyə əminəm ki..."

25 Dekabr 2021 02:20 Futzal 560
Millimizin hücumçusu: "Çox səhv etdik, indi bir şeyə əminəm ki..."

Futzal üzrə millimizin hücumçusu Rafael Vilela Ukrayna ilə keçirilmiş yoldaşlıq oyunları barədə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, çox səhv etdiklərini deyib:

“Ağır oyun oldu. Oyunu bizim üçün çətinləşdirən məqam meydanda bir-birimizi tam başa düşməməyimiz oldu.

Bu da uzun müddətdir bir yerdə məşq etməməyimizlə, yoxlama oyunu keçirməməyimizlə bağlıdır. Çox səhv etdik.

Rəqib futzalçılar da sərt oyuna üstünlük verdilər. Qırmızı vərəqə almağımız da oyunumuza pis təsir etdi. Artıq səhvlərimizi gördük.

Bir şeyə əminəm ki, qitə birinciliyində tam fərqli oyun göstərəcəyik. Çoxlu səhvlər etməyimiz komanda yoldaşlarımın dediyi kimi, uzun müddət idi bir yerdə oynamamağımızla bağlıdır.

Təsəvvür edin, komanda şəklində 4-5 məşq keçdikdən sonra oyuna çıxdıq. Belədə keyfiyyətli oyun nümayiş etdirmək, səhv etməmək mümkün deyil.

Bəlkə də səhvlərimizin olması bizim xeyrimizə olacaq. Vaxtında bunları gördük, aradan qaldırmaq üçün qarşıda xeyli zamanımız var.

Ukrayna millisi də güclü sparrinqdir. Onlarla qarşılaşmağımız yaxşı oldu. Səhvlər, adətən, güclü rəqiblərlə oyunlarda ortaya çıxır".

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"