"Azərbaycan yığmasında milliləşmiş oyunçuların böyük rolu var"

24 Dekabr 2021 02:40 Futzal 977
"Azərbaycan yığmasında milliləşmiş oyunçuların böyük rolu var"

Futzal üzrə Ukrayna millisinin baş məşqçisi Aleksandr Kosenko Azərbaycana qarşı keçirdikləri yoxlama görüşləri (4:0 və 4:1) barədə danışıb.

Sportinfo.az xəbər verir ki, o, bu haqda deyib:

"Azərbaycan çoxdandır ki, Avropada güclü komandalar arasında möhkəmlənib. Təbii ki, burada milliləşmiş futzalçıların da böyük rolu var.

Uzun müddətdir ki, Azərbaycanla qüvvəmizi sınamırıq. Azərbaycan millisinin heyətində yerli futzal məktəbinin yetirmələrilə yanaşı, İran və Braziliyadan olan oyunçular da var.

Komandaya braziliyalı məşqçi rəhbərlik edir. Əmin idim ki, bizi AVRO-2022-nin final mərhələsi öncəsi çox vacib olan maraqlı və gərgin matçlar gözləyir".

Xəbər Lenti