"Heç kimə demədən oyuna çıxdı və… Bu cür səhvlərdən qaça bilmirsən"

23 Dekabr 2021 13:40 Futzal 596
"Heç kimə demədən oyuna çıxdı və… Bu cür səhvlərdən qaça bilmirsən"

"Futzalçılar fərdi oyuna daha çox meyl edirdilər. Halbuki biz kollektiv şəkildə tapşırıqları yerinə yetirməli idik".

Sportinfo.az xəbər verir ki, bu sözlər futzal üzrə yığmamızın baş məşqçisi Joze Alesio Da Silvaya aiddir.

Ukrayna ilə yoxlama görüşlərindən danışan braziliyalı mütəxəssis həm müdafiədə, həm də hücum planında səhvlərə yol verdiklərini söyləyib:

"Oyunun gedişində kollektiv oyunumuz alınmadı. Buna görə də fərdi oyuna üstünlük verdilər, nəticədə səhvlər bir-birini təkrarladı.

Oyun intizamını itirdik. Ramiz Çovdarov ikinci oyuna zədəli çıxmışdı. Rövşəni də bu səbəbdən tez əvəzlədik.

Oyunçulara demişəm ki, hakimlərlə danışmayın. Hətta ilk matçda Bolinyaya tapşırdım ki, ehtiyatlı ol. Amma sonrası göz qabağındadır.

Paltardəyişmə otağında da ilk tapşırıqlarımdan biri bu olurdu. Ancaq meydanda emosiyaları idarə etmək bir qədər çətin olur. Bəzən nəzarəti itirirsən…

Hətta oyunun bir epizodunda Rizvan qapıçı formasında meydanda olduğu halda, İsa heç kimə demədən oyuna çıxdı və meydanda eyni vaxtda 6 futzalçımız oldu.

Bunlar tələskənliyin nəticəsidir. Həm də tam hazır olmayaanda bu cür səhvlərdən qaça bilmirsən".

Xəbər Lenti