İki oyunu uduzan millimizin baş məşqçisindən qəribə açıqlama: “Bu, xeyrimizə idi"

22 Dekabr 2021 14:00 Futzal 534
İki oyunu uduzan millimizin baş məşqçisindən qəribə açıqlama: “Bu, xeyrimizə idi"

"Nəticələr ürəkaçan olmasa da, oyunlar xeyrimizə idi".

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva yoldaşlıq görüşlərində iki dəfə Ukrayna yığmasına uduzmaları barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.

53 yaşlı mütəxəssis sonuncu dəfə apreldə rəsmi qarşılaşma keçirdiklərini xatırladıb:

"Sonrakı 7 ayda komandaya bir araya toplanmamışdı. Əlbəttə, az müddət deyil. Oyundan əvvəl tam heyətlə 6 məşq keçirdik.

Çünki ölkə xaricində çıxış edən futzalçılarımız dekabrın 14-də Bakıya gəldilər.

Onların klubları ilə oyunları var idi. 6 məşq elə də yüksək göstərici deyil. Nəzərə alın ki, xarici klublarda çıxış edən futzalçılarımız hər biri fərqli baş məşqçinin rəhbərliyi altında fərqli üslubda oynayırlar.

Onları yenidən öz sistemimizə qaytarmaq, standart vəziyyətlər zamanı tapşırıqların icrasını mənimsəmək xeyli məşq istəyir.

Oyunlar göstərdi ki, çox işləməliyik. Düzdür, ilk oyunla müqayisədə ikinci matçın birini hissəsində nisbətən yaxşı oynadıq. Ancaq bu, yetərli deyil.

Rəqibimiz də Avropanın güclü komandalarından biridir. Üstəlik, onlar bizimlə oyuna qədər İspaniya və Rumıniya yığmaları ilə üst-üstə 4 oyun keçiriblər".

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"