"Bizdən üz döndərdi” - Azərbaycan millisinin qapıçısı

20 Dekabr 2021 16:20 Futzal 1 255
"Bizdən üz döndərdi” - Azərbaycan millisinin qapıçısı

Futzal üzrə Azərbaycan millisinin qapıçısı Emin Kürdov bu gün Ukrayna yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Sportinfo.az xəbər verir ki, o, 1:5 hesabıyla uduzduqları matçdan sonra federasiyanın rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Hər iki oyunun xeyrimizə olacağını düşünürəm. Uduzmuşuq deyə bəhanə axtarmıram, buna ehtiyac da duymuram.

Meydanda olduğuma görə, gördüyüm nüanslara görə bu qənaətə gəlmişəm. Apreldən sonra biz milli komanda səviyyəsində heç bir oyun keçirməmişdik. 7 ay futzal üçün az vaxt deyil.

Oyunlara gəldikdə, hər iki oyun bir-birinin bənzəri oldu. İstər avtoqolların olması, istərsə də qapıçının meydan oyunçusu ilə əvəzlənməsi və qolun vurulması belə deməyə əsas verir.

Hesabı bərabərləşdirdikən sonra hadisələri xeyrimizə dəyişə bilərdik. Təəssüf ki, avtoqol oldu və onlar üstünlük qazandılar.

Daha sonra topu geri qaytarsam da, qol vurmağı bacardılar. Sonra isə beş oyunçu ilə meydanda olduğumuz vaxt qapımızda qol gördük.

Əsas odur ki, Avropa çempionatında bu səhvləri etməyək, qolları buraxmayaq. İnanıram ki, onda idman xoşbəxtliyi də tərəfimizdə olacaq.

Bu dəfə uğur bizdən üz döndərmişdi. Hesab 1:1 olan zaman üstünlük qolunu biz də vura bilərdik, amma əksi oldu. Ondan sonra sanki oyun “sındı”.

Əlbəttə, yoxlama oyunu olsa da, doğma meydanda uduzmaq istəməzdik. İnşallah, final mərhələsində yaxşı nəticə qazanaraq həm xalqımızı sevindirərik, həm də uğurlarımızı davam etdirərik”.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”