Azərbaycan Ukraynaya böyük hesabla məğlub oldu

19 Dekabr 2021 00:30 Futzal 1 043
Azərbaycan Ukraynaya böyük hesabla məğlub oldu

Futzal üzrə Azərbaycan və Ukrayna milli komandaları arasında beynəlxalq yoxlama oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, FHN-in İdman-sağlamlıq mərkəzində baş tutan oyunu FİFA referilərimiz idarə edib.

Azarkeşlər üçün qapalı olan qarşılaşma qonaq komandanın qələbəsiylə yekunlaşıb. Azərbaycan futzalçıları bu oyunda 4 cavabsız qola üzülüblər.

Azərbaycan – Ukrayna 0:4
Qol
: Petro Şoturma, 5:07. Mixaylo Zvariç, 11:44. Fineo De Arauxo, 24:59-öz qapısına. Mikola Biloçerkiveç, 38:53.
Qırmızı vərəqə: Bolinya, 4:55 (kobud oyuna görə).
Hakimlər: Knyaz Əmiraslanov, Hikmət Qafarlı, Əli Cəbrayılov.
Timekeeper: Ziya Nəsirov.
FHN-in İdman-sağlamlıq mərkəzi. Saat 18:00.

Azərbaycan: 12. Rövşən Hüseynli, 8. Rizvan Fərzəliyev (k), 7. Ramiz Çovdarov, 10. İsa Atayev, 11. Xətai Bağırov, 1. Emin Kürdov, 19. Cavad Məmmədov, 3. Bolinya, 5. Fineo De Arauxo, 9. Rafael Vilela, 13. Qalo, 15. Amir Şocaei, 2. Nurlan Mehdizadə, 20. Tofiq Mikayılov, 16. Xəzər Ağalızadə.
Baş məşqçi: Joze Alesio Da Silva.

Ukrayna: 1. Kirilo Çipun, 13. İqor Korsun, 14. Petro Şoturma (k), 15. Mikola Biloçerkiveç, 19. Mixaylo Zvariç 12. Yuri Savenko, 3. Sergey Malişko, 4. İqor Çerniavski, 5. Yaroslav Lebid, 7. Yevgeni Siryi, 8. Vladimir Razuvanov, 9. Daniel Abakşin, 11. Artyom Farenyuk, 16. Aleksandr Suxov, 17. Aleksandr Pedyaş.
Baş məşqçi: Aleksandr Kosenko.

Xəbər Lenti