Azərbaycanın rəqibi 2 yoxlama görüşü keçirəcək

18 Dekabr 2021 10:00 Futzal 574
Azərbaycanın rəqibi 2 yoxlama görüşü keçirəcək

Futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan millisinin rəqiblərindən Bosniya və Herseqovina mini-turnirdə iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, millinin rəqibi dekabrın 15-də Slovakiya, ertəsi gün Çexiya ilə üz-üzə gələcək.

Turnirin son matçında isə onlar Avstriya ilə gücünü sınayacaq. Oyunlar Slovakiyada keçiriləcək.

​Azərbaycan – Bosniya və Herseqovina matçı gələn il yanvarın 29-da Amsterdamda keçiriləcək.

Xəbər Lenti