"Meydana gəzmək üçün çıxmayacağıq" - Azərbaycan millisinin qapıçısı

16 Dekabr 2021 19:20 Futzal 553
"Meydana gəzmək üçün çıxmayacağıq" - Azərbaycan millisinin qapıçısı

“Məşqlərimiz yaxşı keçir. Əhval-ruhiyyəmiz də yaxşıdır.

Çalışırıq ki, baş məşqçinin dediklərini məşqdə yerinə yetirək".

Sportinfo.az xəbər verir ki, bu fikirli futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli Ukrayna ilə yoldaşlıq görüşlərindən əvvəl açıq məşq zamanı keçirilən brifinqdə deyib.

30 yaşlı qolkiper 2022-ci ilin əvvəlində Avropa çempionatının final mərhələsində 6-cı dəfə çıxış edəcəklərini xatırladıb:

"Rəqiblərimizdən Gürcüstan millisi debütantdır. Ancaq onların zəif olduğunu heç kim düşünməsin.

Ümumiyyətlə, final mərhələsinin 16 iştirakçısı arasında asanlıqla məğlub ediləcək komanda yoxdur.

Sadəcə, təcrübəmiz onlardan daha çoxdur. Bosniya və Herseqovinaya qarşı bir dəfə - 4-5 il əvvəl oynamışıq.

Həmin görüş Bakıda keçirilib və qələbə qazanmışdıq. Ancaq oyun kifayət qədər çətin keçmişdi. İspaniya millisinin gücü isə hər kəsə məlumdur.

Lakin biz meydana gəzmək üçün çıxmayacağıq. Ümumiyyətlə, onlara qarşı hər zaman daha yaxşı köklənmişik. Çalışacağıq ki, bu dəfə meydandan xalla ayrılaq".

Hüseynli 2 ay əvvəl Çempionlar Liqasında Ukrayna təmsilçisi "Uraqan"la üz-üzə gəldiklərini xatırladaq:

"Bu komandanın oyun üslubu demək olar ki, Ukrayna yığması ilə eynidir. Həmin klubun 3 üzvü də millidə iştirak edəcək.

Oyun əhəmiyyətlidir. Avropa çempionatının final mərhələsinin marafonu bizim üçün bu görüşlə başlayacaq".

O, yoldaşlıq oyunu olmasına rəğmən, qələbənin komandaya əlavə stimul verəcəyini diqqətə çatdırıb:

"Ukrayna ilə matçda da hesab önəmli olacaq, qələbə bizə reytinq xalları qazandıracaq. Amma tapşırıqları baş məşqçi verir.

Çox güman, final mərhələsinin oyunlarında istifadə edəcəyimiz taktiki gedişləri, “ev tapşırıqları"nı bu görüşlərdə sınayacağıq”.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!