Azərbaycan millisinin qapıçısı: "Hesab önəmli olmayacaq"

14 Dekabr 2021 01:50 Futzal 481
Azərbaycan millisinin qapıçısı: "Hesab önəmli olmayacaq"

"Dünən ilk məşqimizi etdik. Hazırlığı hələ tam heyətlə həyata keçirə bilmirik.

Ölkə xaricində çıxış edən futzalçılarımız sabah komandaya qoşulacaqlar".

Sportinfo.az xəbər verir ki, bu fikirləri futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli Ukrayna yığması ilə yoldaşlıq oyunları barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.

O bildirib ki, həm təlim-məşq toplanışı, həm də sınaq matçları Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi daşıyır:

"Ukrayna ilə iki matçda üz-üzə gələcəyik. Hazırkı heyətimizlə bağlı sevindirici məqam iki gənc futzalçının bizə qoşulmasıdır.

Söhbət Nurlan Mehdizadə və U-19-un üzvü Xəzər Ağalızadədən gedir. Hər ikisi perspektivli gənclərdir".

Azərbaycan və Ukrayna yığmaları arasında yoldaşlıq matçları 18 -19 dekabrda keçiriləcək. Qolkiper ilk məşqin intensiv keçdiyini söyləyib:

"Fiziki hazırlığa daha çox yer verildi. Ukrayna ilə oyunlarda hesab önəmli olmayacaq. Vacib olan zəif tərəflərimizi təsbit etmək, “axsadığımız” cəhətləri rəsmi oyunlara qədər aradan qaldırmaqdır.

Yeri gəlmişkən, Ukrayna millisinin heyətində bizə tanış simalar da var. Oktyabrda Çempionlar Liqasının əsas mərhələsində “Uraqan”la qarşılaşdıq ki, bu komandanın 3 üzvü hazırda ölkəsinin millisinin heyətinə cəlb olunub.

Rəqibimiz güclü komandadır, Avropa çempionatının final mərhələsinin daimi üzvlərindəndir".

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!