Azərbaycan çempionatında nələr görürük?

10 Dekabr 2021 02:40 Futzal 595
Azərbaycan çempionatında nələr görürük?

Yüksək Liqada XI turun oyunları keçirildi.

Olimpik Starda baş tutan turla həm də 2021-ci ilə yekun vuruldu.

Sportinfo.az xəbər verir ki, ilk oyunda “Neftçi” heyət baxımından “axsayan” “Record club.az”la qarşılaşdı.

5-ci dəqiqədə Hamed topu qapı xətti üzərindən geri qaytardısa, az sonra Orucun zərbəsi dirəyə tuş gəldi. Üstünlüyünü davam etdirən “Neftçi” rəqibin müqavimətini birinci hissənin başa çatmasına 12 saniyə qalmış qırdı.

Manafov hesabı açan futzalçı oldu. İkinci hissəyə meydan sahibləri fəal başlasa da, adi epizodda rəqib hesabı bərabərləşdirdi.

Kapitan komandasını sevindirdi. 31-ci dəqiqədə Kənan dubl etməklə “Neftçi”yə yenidən üstünlük qazandırdı.

37-ci dəqiqədə “Record club.az” azlıqda qaldı ki, bu da “Neftçi”nin işinə yaradı və fərqi artırdı. Yekunda İlqar Aslanovun yetirmələri qış fasiləsinə böyükhesablı qələbə ilə yollandı.

Günün ikinci oyununu turun mərkəzi matçı da hesab etmək olardı. Hesab 2-ci dəqiqədə açıldı.

Standard vəziyyət zamanı Tofiqin ötürməsini Radik tora qovuşdurdu. Növbəti qol kapitandan gəldi.

Hissənin başa çatmasına 14 sanıyə qalmış Kamran Hacıyev cərimə meydançasından kənarda əllə oynadığına görə birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoydu.

Maraqlıdır ki, ikinci hissədə “Baku Fire”in digər qapıçısı da eyni səbəbdən qırmızı vərəqə aldı ki, buna görə də son 5 dəqiqədə qapını Rəvan Abdullayev qorudu.

Amma komandanın qırmızı vərəqə “sevdası” bununla yekunlaşmadı. Görüşün başa çatmasına 49 saniyə qalmış Elvin Quliyev meydanı erkən tərk etdi, əvəzində rəqibin qapıçısı Emin Kürdov qol vurmaqla seçildi.

Autsayderlə dueldə hesabı U-19 açdı. Status-kvonu pozan oyunçu bir neçə gün əvvəl əsas milliyə dəvət alan Xəzər Ağalızadə oldu.

İlk 6 dəqiqədə rəqib qapısından 3 cavabsız top keçirən milli sonra özü eyni aqibəti yaşadı. Hətta Lənkəran təmsilçisi Oktay və Anarın dublları sayəsində hesabda önə keçməyə də nail oldu.

İkinci hissə daha gərgin keçdi. Hətta U-19 hesabı lehinə çevirməyi bacarsa da, üstünlüyünü qoruya bilmədi. Təcrübəsizlik millinin növbəti dəfə məğlubiyyətlə barışmasına səbəb oldu.

Tura turnir cədvəlinin əks qütblərində qərarlaşan komandaların dueli ilə yekun vuruldu.

Neftçi İK – Record club.az (1:0) 7:1

9 dekabr. Olimpik Star. Saat 12:00

Hakimlər: Hacıəli Ağayev, Ceyhun Hüseynov, Nahid Xasıyev

Hakim-inspektor: Füzuli Nəcəfov

Qollar: Kənan Manafov, 19:48, 30:12, Rüfət Balakişiyev, 33:38, 38:42, Oruc Baxşəlizadə, 34:57, İlkin Hacıyev, 39:21, İlqar Nuruşov, 39:59 // Matin Qahremani, 24:22

Sarı vərəqə: Cahangir Həsənov, 26:19 (qeyri-idman hərəkəti)

Qırmızı vərəqə: Cahangir Həsənov, 33:36 (ikinci sarı // qeyri-idman hərəkəti)

Neftçi İK: 1. Elnur Zamanov (q), 3. Kənan Manafov, 4. Oruc Baxşəlizadə, 7. İlkin Hacıyev, 10. Rüfət Balakişiyev (k), 12. Cavad Məmmədov (q), 5. Elçin Zeynalov, 13. Əjdər Əjdərov, 14. İlqar Nuruşov

Baş məşqçi: İlqar Aslanov

Record club.az: 1. Kamran Quliyev (q), 7. Matin Qahremani (k), 11. Hasan Ali Jafari, 6. Xəyal Xələfli, 5. Natiq Kərimov, 66. Cahangir Həsənov, 22. Hamed Dagestani

Komandanın rəhbəri: Reza İbrahimi

EKOL – Baku Fire (2:0) 7:2

9 dekabr. Olimpik Star. Saat 14:00

Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Xəlil Xəlilov

Hakim-inspektor: Ramiz Əsədov

Qollar: Radik Əhmədov, 1:51, Namiq Məmmədkərimov, 9:31, 30:58, 36:24, Əsgər Abasov, 27:00, 28:51, Emin Kürdov, 38:27 // Renat Sultanov, 30:37, Nihad İsmayılov, 34:33

Qırmızı vərəqələr: Kamran Hacıyev, 19:46 (sonuncu ümid foulu), Zalış Səmədzadə, 35:21 (sonuncu ümid foulu), Elvin Quliyev, 39:11 (sonuncu ümid foulu)

EKOL: 99. Emin Kürdov (q), 8. Mehdi Rəsulov, 10. Samir Həmzəyev, 11. Namiq Məmmədkərimov (k), 20. Tofiq Mikayılov, 1. İntiqam Babayev (q), 17. Fərid Ələkbərov, 44. Fərid Atakişiyev, 7. Faiq Əliyev, 2. Radik Əhmədov, 9. Əsgər Abasov, 33. Ələsgər Ələsgərli

Baş məşqçi: Radik Əhmədov

Baku Fire: 12. Kamran Hacıyev (q), 4. Elvin Quliyev, 8. Renat Sultanov (k), 11. Rasif Səfiyarov, 9. Murad Quluzadə, 1. Zalış Səmədzadə (q), 5. İbrahim Zeynalov, 7. Rəvan Abdullayev, 10. Nihad İsmayılov, 18. Hüseyn Qarayev, 22. Elgün Rzayev

Baş məşqçi: Teymur Eyvazov

U-19 – Alyans (Lənkəran) (4:5) 7:8

9 dekabr. Olimpik Star. Saat 16:00

Hakimlər: Əli Cəbrayılov, Ziya Nəsirov, Vüsal Balaşov

Hakim-inspektor: Azər Əsgərov

Qollar: Xəzər Ağalızadə, 3:15, 37:30, Nurlan Məmmədov, 5:32, 18:33, Məhəmməd Abbasov, 6:30, Namaz İsmayılov, 28:49 (ö/q), Fuad Məmmədzadə, 35:56 // Oktay Rüstəmli, 6:40, 9:30, 37:48, Anar İsayev, 11:10, 11:54, 32:24, Tofiq Məlikov, 14:40, Seyedhossein Hosseini, 38:23

Sarı vərəqələr: Məhəmməd Abbasov, 21:04 (qeyri-idman hərəkəti), Ridan Babayev, 26:12 (qeyri-idman hərəkəti) // Sajjad Amirteimour, 4:21 (qeyri-idman hərəkəti), Tofiq Məlikov, 25:10 (qeyri-idman hərəkəti)

U-19: 1. Zaur Sultanov (q), 5. Nurlan Məmmədov, 7. Xəzər Ağalızadə, 13. Fuad Məmmədzadə (k), 14. Əli Mahmudov, 12. Hüseyn Abtalıbov (q), 2. Mirzə Əmirov, 3. Fariz Mehrəliyev, 4. Mikayıl Qiyasov, 6. Ridan Babayev, 8. Asiman Yusubov, 9. Şahmar Cəfərli, 10. Şaiq Vəlizadə, 11. Məhəmməd Abbasov

Baş məşqçi: Ağatahir Əzimov

Alyans (Lənkəran): 1. Namaz İsmayılov (q), 8. Tofiq Məlikov, 9. Oktay Rüstəmli, 4. Sajjad Amirteimour, 15. İlham Allahverdiyev, 17. Ümüd Hüseynov, 18. Seyedhossein Hosseini, 3 Salah Mollazadeh, 14. Araz Fathi Yousefabad, 11. Anar İsayev (k)

Baş məşqçi: Esmael Vakilighazijahani

Xilə - Araz-Naxçıvan (0:8) 2:14

9 dekabr. Olimpik Star. Saat 18:00

Hakimlər: Hikmət Qafarlı, Xəlil Xəlilov, Nail Nağıyev

Hakim-inspektor: Murad Məmmədov

Qollar: Tofiq Əliyev, 28:41, 34:00 // Maneka, 1:53, 13:06, 14:17, 33:11, 33:38, Ramiz Çovdarov, 4:23, Murilo, 6:27, Felipinyo, 11:11, 34:37, David Qustavo, 15:06, Nurlan Mehdizadə, 17:40, İsa Atayev, 27:00, 39:55, Rizvan Fərzəliyev, 31:47

Sarı vərəqələr: Sabir Hacıəliyev, 16:21 (qeyri-idman hərəkəti), Kənan Bədəlov, 33:22 (qeyri-idman hərəkəti)

Xilə: 1. Fərid Mikayılov (q), 6. Sabir Hacıəliyev, 17. Tural Lətifov (k), 94. Emin Abbasov, 11. Kənan Bədəlov, 7. Tofiq Əliyev

Baş məşqçi: Tural Lətifov

Araz-Naxçıvan: 12. Rövşən Hüseynli (q), 5. Murilo, 10. Felipinyo, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 1. Azər Fərmanov (q), 17. İsa Atayev, 6. David Qustavo, 9. Maneka, 18. Nurlan Mehdizadə

Baş məşqçi: Joze Alesio Da Silva

Xəbər Lenti