Azərbaycan yığmasından kənarlaşdırılan var

3 Mart 2021 13:20 Futzal 794
Azərbaycan yığmasından kənarlaşdırılan var

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində Moldova ilə keçirəcəyi görüşlərdən əvvəl itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, qapıçı Emin Kürdov martın 2-də məşq zamanı zədələnib və heyətdən kənarlaşdırılıb.

Hazırda təlim-məşq toplanışında iki qapıçı Rövşən Hüseynli və Cavad Məmmədov iştirak edir.

Azərbaycan millisi Moldova ilə ilk görüşünü martın 4-də Bakı İdman Sarayında keçirəcək. Bu komandalar martın 9-da Çoreskuda yenidən üz-üzə gələcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM