"Azərbaycan millisinin oyunu 6 braziliyalının üzərində qurulub"

28 Yanvar 2021 00:42 Futzal 1 283
"Azərbaycan millisinin oyunu 6 braziliyalının üzərində qurulub"

"Artıq sırf seçmə mərhələnin oyunlarına hazırlaşırıq. Hələlik isə əsas diqqətimiz Azərbaycanla matça yönəlib.

Həm hücumda, həm də müdafiədə yaxşı oynamalıyıq. Rəqibin 2 güclü cəhəti var. Ehtiyatlı olmalıyıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri futzal üzrə Slovakiya millisinin baş məşqçisi Marian Berki yerli telekanala müsahibəsində Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla keçirəcəkləri oyun barədə danışarkən deyib.

Mütəxəssis həmkarı Joze Alesio Da Silvanın maraqlı oyun üslubuna üstünlük verdiyini bildirib: "Matça hansı heyətlə başlayacaqlarını oyun günü biləcəyik.

Amma gördüklərimə əsasən deyirəm ki, orada 6 braziliyalı çıxış edir. Bütün oyun onların üzərində qurulub. Həmçinin birəbir mübarizəni də istisna etməməliyik".

Xəbər Lenti