AVRO-2024-ün final mərhələsinin biletlərini neçəyə və nə vaxt ala bilərik?

16 Sentyabr 2023 08:40 Avropa çempionatı 1 201
AVRO-2024-ün final mərhələsinin biletlərini neçəyə və nə vaxt ala bilərik?

UEFA AVRO-2024-ün final mərhələsinin biletlərinin satışa çıxarılacağı tarixi açıqlayıb.

Sportinfo.az xəbər verir ki, azarkeşlər Almaniyada təşkil olunacaq yarışın biletlərini oktyabrın 3-dən əldə edə biləcəklər.

Euro2024.com/tickets saytı vasitəsilə final mərhələsi üçün ümumilikdə 2,7 milyon bilet satışa çıxarılacaq. Biletlərin 80 faizdən çoxu iştirakçı komandaların azarkeşləri və ictimaiyyət üçün əlçatan olacaq.

Qrup oyunlarına biletlərin qiyməti 30 avrodan başlayacaq. Bir milyondan çox biletin qiyməti 60 avrodan ucuzdur.

İlkin mərhələdə oktyabrın 3-26-sı aralığında 1,2 milyon bilet satışda olacaq. Daha 1,5 milyon bilet isə dekabrın 2-də təşkil olunacaq turnirin püşkatma mərasimindən sonra satışa çıxarılacaq.

Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti