“Neftçi”dən gedən hücumçu "Sabah"ın rəqibinə qələbə qazandırdı - VİDEO

8 Avqust 2023 02:30 Hadisə 889
“Neftçi”dən gedən hücumçu "Sabah"ın rəqibinə qələbə qazandırdı - VİDEO

"Sabah"ın Konfrans Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi olan "Partizan" Serbiya çempionatında növbəti görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, Belqrad təmsilçisi "Voyvodina"ya səfərdə 2:0 qalib gəlib.

"Partizan"ın ilk qolunu "Neftçi"nin sabiq forvardı Mateus Saldanya vurub. "Partizan" 2 turdan sonra 4 xalla 4-cü pillədədir.

"Sabah" - "Partizan" görüşü avqustun 10-da "Bank Respublika Arena"da keçiriləcək. Cavab matçı isə bir həftə sonra Belqradda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti