“Qarabağ”ın “min möhtəşəm günəş”i və ya o, nə yeyib, nə içir? - VİDEO

21 Fevral 17:20 Qarabağ 1 287
“Qarabağ”ın “min möhtəşəm günəş”i və ya o, nə yeyib, nə içir? - VİDEO

“Marko Yankoviç "Braqa"ya qarşı səfərdə fantastik oynadı”.

Bu fikirlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində “Qarabağ”aın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Braqa” ilə keçirdiyi ilk matçı dəyərləndirib.

Tanınmış teleşərhçi bildirib ki, Portuqaliyada ilk qolumuzu vuran monteneqrolu yarımmüdafiəçi 4:2 hesablı qələbəyə böyük qatqı verib:

“O, həmin gecə Braqadakı stadionda min möhtəşəm günəş kimi saçırdı. Fantastik oynadı.

Yankoviçin oyununa baxıb deyirdin ki, adam nə yeyir, nə içir... Nə qədər hazırdır, nə qədər hərəkətlidir.

Sanki top ayağına yapışıb, dayanmaq bilmir. Rəqibləri rahatlıqla keçir, zonaya düşür, hücimların qarşısını alır.

Adam hər şey edir. Həmin gecə Yankoviçdə hər şey alındı”.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti