Bu klubun futbolçusu azarkeşin benzin pulunu ödədi

20 Yanvar 2020 16:13 Fransa 1 640
Bu klubun futbolçusu azarkeşin benzin pulunu ödədi

"Monako"nun futbolçusu Vissam Ben Yedder səmimi davranışı ilə diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, fransalı hücumçu yanacaqdoldurma məntəqəsində olarkən klubun azarkeşinin benzin pulunu ödəyib.

Avtomobilinə benzin doldurduqdan sonra ödəniş əməliyyatını həyata keçirərkən bank kartı ilə problem yaşayan "Monako" klubunun fanatının köməyinə 29 yaşlı futbolçu gəlib.

Fransa millisinin üzvü azarkeşin borcunu ödəməklə yanaşı, onunla şəkil də çəkdirib.

Cari mövsüm Fransa çempionatında 21 oyun keçirən Ben Yedder 14 qol vurub və 2 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti