Azərbaycandakı Türkiyə hərbçilərinin fəaliyyət müddəti uzadıldı

16 Noyabr 2023 12:10 Gündəm 1 987
Azərbaycandakı Türkiyə hərbçilərinin fəaliyyət müddəti uzadıldı

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı vəzifə müddətinin daha bir il uzadılması ilə bağlı prezident memorandumu Türkiyə Böyük Millət Məclisinin Baş Məclisində qəbul edilib.

Memorandumda Azərbaycan, Ermənistan və Rusiyanın 9 noyabr 2020-ci il tarixində imzaladığı Üçtərəfli Bəyannamədə nəzərdə tutulan fəaliyyətlərin davam etdiyi vurğulanıb.

Bildirilib ki, Azərbaycana güclü dəstək verən Türkiyə bundan sonra da regionda sülhün və sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsinə mühüm töhfələr verəcək.

Memorandumda Türkiyənin Rusiya ilə qurulan və Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin də çalışdığı Birgə Mərkəz vasitəsilə bölgənin təhlükəsizliyinə və tərəflər arasında etimadın qurulmasına töhfə verdiyi vurğulanıb.

Müzakirələrin sonunda keçirilən səsvermədə təklif qəbul edilib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
21 Oktyabr 04:00 Qayıbov bura sədr seçildi