Azərbaycan klublarının gəlir mənbəyi bağlanır

10 Sentyabr 2020 00:42 Dünya futbolu 1 333
Azərbaycan klublarının gəlir mənbəyi bağlanır

Avropa Klublar Birliyinin rəhbəri Andrea Anyelli növbəti iki mövsümdə qitə klublarının böyük gəlirdən məhrum olacağını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, "Yuventus"un prezidenti bunları deyib:

"Qitənin klub yarışları üçün bu mövsüm TV və sponsorlardan 3,25 milyard avro gəlir gözlənilir. Əlbəttə, bu məbləğin hamısı klublarla paylanılmayacaq.

Önümüzdəki iki mövsümdə pandemiyaya görə 4 milyard avro itki olacaq. UEFA son detalları hazırlayır. Yarışlar üçün ödəniləcək mükafatlar 575 milyon avro azalacaq. Çünki sponsorlar pandemiyaya görə endirimlər ediblər".

İtaliyalı funksioner oyunların azarkeşsiz keçirilməsinin futbola təsiri barədə də danışıb: "Əlbəttə, oyunların azarkeşsiz keçirilməsi klublara maddi ziyan vurdu.

Hətta sponsor və yayım gəlirlərində yenidən endirimlərin olması gözlənilir. Bunların sonunda futbolçuların transfer qiyməti və maaşlarının 20-30 faiz azalacağını gözləyirik".

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu