Qurban Qurbanov “Neftçi”də 0-dan başladı, “Qarabağ”da 300-ə çatdı

16 Avqust 2023 00:50 Qarabağ 1 123
Qurban Qurbanov “Neftçi”də 0-dan başladı, “Qarabağ”da 300-ə çatdı

Qurban Qurbanov baş məşqçi kimi Azərbaycan çempionatlarında 300-cü qələbəsini qazanıb.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssisin yubileyi Premyer Liqanın II turuna təsadüf edib.

Onun rəhbərlik etdiyi “Qarabağ” öz meydanında “Turan Tovuz”la qarşılaşıb. 3:0 hesablı qələbə Qurbanov üçün sayca 300-cü olub.

Mütəxəssis bu rəqəmə iki komandada – “Neftçi” və “Qarabağ”da çalışdığı müddətdə çatıb. Bu göstəricidə ölkə çempionatında rekordçu olan Qurbanovun ən yaxın izləyicisi Ağasəlim Mircavadovun hesabında 204 qələbə var.

Qurbanovun baş məşqçi kimi çempionatdakı ilk qələbəsi 2006-cı il avqustun 6-da qeydə alınıb. Onun debütündə çalışdırdığı “Neftçi” “Gənclərbirliyi”ni 6:1 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!