“Əgər məni yenə təhqir etsələr..."

6 İyun 2020 14:36 Dünya futbolu 541
“Əgər məni yenə təhqir etsələr..."

“Əgər məni yenə təhqir etsələr, bu haqda hakimə məlumat verəcəm. Əgər onlar lazımi ölçü götürməsələr, meydanı tərk edəcəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri hazırda icarə qaydasında Çinin “Şanxay Şenxua” klubunda oynayan “Mançester Yunayted”li Odion İqalo deyib.

Nigeriyalı hücumçu bildirib ki, o, Çində bir matçda irqçi təhqirə məruz qalıb: “Oyundan sonra heç kimlə əl tutub görüşmədən paltardəyişmə otağına getdim.

Hirsli idim və hadisə haqda dərhal İngiltərə Futbol Assosiasiyasına məlumat verdim. Heç kim irqçiliklə barışmamalıdır. Dərimizin rənginə baxmayaraq, hamımız bərabərik, eyni dünyada və eyni həyatı yaşayırıq”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"