
Bir müddət öncə koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilmiş "Spartak"ın sahibi Leonid Fedun evə buraxılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Moskva təmsilçisinin prezidenti "Sport-Express"ə bildirib.
Klub prezidenti müalicəsini evdə davam etdirəcək. Leonid Fedunda virusun simptomları mayın 7-də aşkarlanıb.