Qurban Qurbanovdan "Olimpiya"ya qarşı SÜRPRİZ? - VİDEO

31 Avqust 2023 13:00 Qarabağ 1 763
Qurban Qurbanovdan "Olimpiya"ya qarşı SÜRPRİZ? - VİDEO

Bu gün “Qarabağ” Avropa Liqasının pley-off mərhələsinin cavab matçında “Olimpiya”nı qəbul edəcək.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, Lyublyanada qazanılan 2:0 hesablı qələbə Azərbaycan çempionunu rahatlaşdırmamalıdır:

"Çünki oyuna köklənmədə yaranan boşluq komandanı çox ciddi problemlə üz-üzə qoya bilər. Düzdür, səfərdəki matçda Ağdam klubu rəqibini çox düzgün təhlil etdi,

ilk dəqiqələrdən meydanın sloveniyalılara aid hissəsində tətbiq etdiyi pressinqlə onların oyun qurmasına imkan vermədi. Qısa ötürmələrlə oyunu meydanın rəqibə aid olan hissəsində keçirən ağdamlılar itirlən hər topdan sonra demək olar

Sloveniya təmsilçisinə boş zona buraxmadılar. “Qarabağ” müdafiənin arxasına atılan toplarda və standart vəziyyətlərdə çox diqqətli oldu.

İlk 20 dəqiqədə rəqibi topsuz qoyan komandamız qarşı tərəfdə təhlükəli epizodlar yaşadı. Bir daha xatırlatmaqda fayda var ki, “Olimpiya” oyun planı olaraq, futbolçularının bütün zonalarda bir-birinə sıx oynayan kollektivdir.

Ağdam klubunun rəqibi matçın gedişinə uyğun olaraq 4-3-3, bəzən də 4-4-2 oyun formatına üstünlük verir. Topu oyuna daxil edərkən, mərkəz hücumçuları çox önəmli rol oynayır.

Belə ki, avstriyalı hücumçu Raul Floruç müdafiənin mərkəzindən edilən ötürmədən sonra irəli çıxaraq, ani toxunuşla cinah oyunçularına boş zonalar yaradır.

Xüsusilə portuqaliyalı Ruy Pedru ilə tandemi yaxşı alınır. Cinahlardan hücumlara çox aktiv qoşulurlar.

Sürətli oyunçu profillərinə sahibdirlər. Topun olduğu zonaya 3-4 oyunçu ilə birdən basqı etməyə çalışırlar.

Bu rəqibə qalib gəlmək üçün ön zonaya pressinq tətbiq etmək daha faydalı olar.

Xüsusilə hücuma qoşularkən “Qarabağ” geri dönən toplara da zamanında sahib olmalıdır. Lyublyanadakı ilk oyunda komandamız bunu yaxşı bacardı".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti