12 nəfər millinin əsas heyətinə cəlb olunacaq

15 Fevral 08:30 Basketbol 963
12 nəfər millinin əsas heyətinə cəlb olunacaq

12 fevral tarixindən etibarən Türkiyənin İstanbul şəhərində basketbol üzrə kişilərdən ibarət yığma komandamız Dünya kubokunun (Qətər 2027) ön təsnifat oyunlarına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışına start verib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Tahir Baxşıyevin təlimatları ilə, yığmamız gündə iki dəfə olmaqla həm fiziki, həm də taktiki məşqlərini müntəzəm şəkildə davam etdirir.

21 fevral tarixinə qədər davam edəcək təlim-məşq toplanışında, iştirak edəcək basketbolçular: Amil Həmzəyev, Orxan Aydın, Zaur Paşayev, Endər Poladxanlı, Nəzər Quliyev, Əkbər Məmmədov, Kamran Məmmədov, Ulaş Turgut, Cəbrayıl Əkbərov, Elşad Şirzadov, Şirzad Şirzadov, Fikrət Ələkbərov, Rəşid Abbasov, Səid İsmayılov, Sadettin Donat, Ercan Donatdır.

Millimizin digər iki üzvü Zek Ledey və Donta Hol komandaya İsveçrədə qoşulacaqlar. Hazırlıq prosesinin yekununda məşqçilər korpusu tərəfindən 12 nəfər basketboluçu millinin əsas heyətinə cəlb olunacaq.

Millimiz ilk ön təsnifat görüşünü 22 fevral Bakı vaxtı ilə saat 22:00-da səfərdə İsveçrə yığmasına qarşı, ikinci oyununu isə 25 fevral Bakıda Kosovo yığmasına qarşı keçirəcək

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"